Accessibility links

«Azadlıq» radiosunun müxbiri azadlığa buraxılıb


Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov azadlığa buraxılıb. Bu gün Naxçıvan Ali Məhkəməsi şəhər məhkəməsinin onun üç aylıq həbsi barədə qərarını ləğv edib. Hakim onu böhtan ittihamı ilə məhkəməyə verən Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun iddiasını geri götürdüyünü, apellyasiya şikayətini nəzərə aldığını bildirib. İlqar Nəsibovun həbsi çoxsaylı beynəlxalq təşkilatların etirazı ilə qarşılanıb. «Azadlıq» radiosunun prezidenti müxbirə qarşı irəli sürülən ittihamı əsassız adlandırıb və müxbirin dərhal azadlığa buraxılmasını tələb edib. ABŞ Dövlət Departamenti, Avropa Şurasının baş katibi, Norveçin və Amerikanın Azərbaycandakı səfirliyi, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi, «Sərhədsiz Reportyorlar» təşkilatı və digər çoxsaylı hüquq-müdafiə təşkilatları da müxbirin azad olunmasını tələb edib. Bununla yanaşı, cənab Nəsibov hazırda azadlıqda olmasına baxzmayaraq məhkəmə başqa bir iddia üzrə ona bir il müddətinə şərti cəza kəsib. Belə ki, dekabrın 6-da onun evindən müsadirə edilmiş kompüterdən hansısa məqalə tapılıb. Məhkəmnin iddiasına görə, guya çap olunmamış həmin məqalədə başqalarına böhtan atılıb.
XS
SM
MD
LG