Accessibility links

«Azadlıq» bloku Azərbaycanın «Seçki məcəlləsi»nə  dəyişikliklər təklif edib


Müxalifətdə olan "Azadlıq" bloku «Seçki məcəlləsinə əlavə və düzəlişlər haqqında» təkliflər paketinin ilkin müzakirəsini keçirib. Blokun təmsilçisi, Milli Məclisin keçmiş deputatı Qulamhüseyn Əlibəyli bildirib ki, sənəd 2008-ci ildə prezident seçkilərinin azad və ədalətli keçirilməsinə yönəlib. Onun sözlərinə görə, hazırki şəraitdə seçkilərin demokratik keçirilməsi üçün seçki komissiyaları bir siyasi qüvvənin nəzarətindən çıxarılmalıdır. O hesab edir ki, seçki komissiyaları ötən parlament seçkilərindən bir faizdən çox səs toplamış siyasi partiyalardan təşkil olunmalıdır. Cənab Əlibəyli seçki komissiyalarının rəhbərliyinin də yenidən formalaşdırılmasını vacib sayır. O məcəlləyə müşahidəçilər, hərbiçilərin ümumi seçki məntəqələrində səs verməsi, həbsxanalarlda səsvermənin müşahidəsi, daşınan seçki qutularına nəzarət və başqa məsələlərlə bağlı dəyişikliklər edilməsinin təklif edildiyini bildirib. MSK-nin sabiq üzvü Ənvər Əliyev hesab edir ki, siyasi partiyalar və namizədlər seçici siyahılarını təftiş etmək hüququna malik olmalıdır. Onun fikrincə, əhalinin böyük əksəriyyəti Bakı şəhərində məskunlaşıb və ölkədə miqrasiya prosesi çox sürətlidir. Cənab Əliyev bitərəflərin seçki komissiyalırının formalaşdırılmasında iştirakının əleyhinədir. Onun fikrincə, bitərəflər bir çox hallarda iqtidar partiyasının təmsilçisindən də irəli gedir. O həmçinin komissiyalara seçildikdən sonra bəzi müxalifət təmsilçilərinin siyasi yönümünü dəyişdiyini də önə çəkib. «Elə isə komisiyalarda paritet məsələsi necə olacaq». Hüquqşünas Əlövsət Əliyev seçki komissiyalarının ümumiyyətlə siyasi partiyaların nəzarətindən çıxarılmasını vacib sayır. Cənab Əliyevin fikrincə, seçki komissiyalarına üzvlər test yolu ilə seçilməli və əksəriyyəti hüquqşünas olmalıdır. Beləliklə, ölkədə 27.000 dövlət qulluqçusu seçilmiş olar.
XS
SM
MD
LG