Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşə bilər


İyunun 4 və 5-də Buxarestdə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında müəyyən iş aparılıb. Ancaq mövqelərin nə dərəcədə yaxınlaşdığını demək hələlik çətindir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir münaqişənin tezliklə həllinə inanmır. Eyni zamanda cənab Məmmədyarov bəzi elementlərdə razılığın əldə olduğuna işarə edib. Onun sözlərinə görə, münaqişənin həlli yollarından biri Qarabağın iqtisadi proqramı ola bilər. "Ermənilər neft bumundan faydalana bilər, Azərbaycan hökuməti isə regionun inkişafı üçün xüsusi fond yaradar. Lakin bunun üçün azərbaycanlı əhali Qarabağa, Şuşaya və başqa yaşayış məntəqələrinə qayıtmalıdır". Nazir Dağlıq Qarabağda referendum məsələsinin danışıqların gündəliyinə daxil olmadığını da deyib. «Buxarestdə Erməistan-Azərbaycan münaqişəsinin izamlanmasına dair danışıqlar "çətin şəraitdə keçib. Müəyyən razılıq əldə olunsa da ümumi razılaşma yoxdur. Bu sözləri isə Prezidentin İcra xariciəlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerikanın səsi radiosuna bildirib. Cənab Məmmədov bu ilin sonuanadək iki ölkə prezidentinin yeni görüşünün olcağını da istisna etmir.
XS
SM
MD
LG