Accessibility links

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq üzrə iş planı imzalanıb


«Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlıq üzrə İş Planı» imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Amerikanın NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı - ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı general Kraddok imzalayıb. Müdaifə naziri ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət İdarəsinin direktor müavini, briqada generalı Vilyam Meyvelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Cənab Əbiyev Azərbaycan-ABŞ əməkdaşlığının strateji xarakter daşıdığını və əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinə tərəfdar olduğunu bildirib. Müdafiə naziri regiondakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb. «Beynəlxalq təşkilatlar və münaqişənin həllinə maraq göstərən dövlətlər Ermənistanı işğalçı mövqeyindən çəkindirmək üçün qətiyyət nümayiş etdirməlidir. Əks təqdirdə Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün öz imkanlarından istifadə edəcək». Cənab Meyvel problemin ciddiliyini və ABŞ-ın nizamlanma prosesini diqqət mərkəzində saxladığını bildirib. «Biz Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının inkişafında maraqlıyıq»-deyə o qeyd edib.
XS
SM
MD
LG