Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri iyunun 9-da Sankt-Peterburqda görüşəcək


Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının iyunun 9-da Sankt-Peterburqda keçiriləcək qeyri-formal sammitində Ermənistan prezidenti Robert Koçaryanla görüş keçirilməsinə razılıq verib. Bu barədə Bakıda keçirilən mətbuat konfransında ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye bildirib. O həmçinin deyib ki, iyunun 4-də ATƏT-in fəaliyyətdə olan sədri Migel Angel Moratinos regiona səfər edəcək. Görüşün hazırlanması üçün iyunun 6-da həmsədrlər Bakıda, iyunun 7-də isə Yerevana görüşlər keçirəcək. Rusiyalı həmsədr Yuri Merzlyakov isə Fransalı həmsədrlə birgə Yerevan və Bakıda prezidentlər və xarici işlər nazirlərilə görüşləri zamanı münaqişənin nizamlanmasının əsas prinsiplərini müzakirə etdiklərini bildirib. «O qədər də çox razılaşdırılmamış məsələ qalmayıb. Sankt-Peterburqda uğur nizamlanmada irəliləyiş əldə olunmasına kömək edə bilər». Azərbayjan rəhbərliyi ilə Ermənistan rəhbərliyinin bəyanatları arasında azad olunmalı rayonların sayında fərqin səbəblərini şərh edərkən Merzlyakov deyib ki, hər bir tərəf Ermənistan qoşunlarının zəbt edilmiş ərazilərdən çıxarılması haqqında "müxtəlif danışır, lakin "eyni şeyi nəzərdə tutur". «Həmsədrlərin təklifləri Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hər birinin azad edilməsinə aiddir. Lakin, bu çox vaxt aparacaq və mərhələli proses olacaq». Cənab Fasye isə əlavə edib: "Nəticədə bütün ərazilər Azərbayjanın nəzarəti altına qaytarılajaq". Həmsədrlərin Dağlıq Qarabağı Azərbayjanın tərkib hissəsi kimi qəbul etmələri haqda suala cavabda hər iki həmsədr «bəli, əlbəttə» deyib. «Dağlıq Qarabağ Ermənistan da daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən tanınmayıb». Həmsədrlər etiraf ediblər ki, mübahisəli məsələlərdən biri kimi Laçın dəhlizi problemi qalır. Onlar Sankt-Peterburqda tərəflərin bu məsələ üzrə anlaşmaya gələjəklərinə ümid ifadə edib. Cənab Fasye qeyd edib ki, dəhlizin eni müzakirə obyektidir. «Dəhliz deyəndə hələ ki, söhbət yolun ətrafında tərəflərin qəbul etdiyi ağlabatan zolaqldan gedir»-deyə hər iki həmsədr bir-birinin sözünü tamamlayıb.
XS
SM
MD
LG