Accessibility links

Azərbaycanlı jurnalist həbsinə etiraz olaraq ağzını tikərək 11 gündür aclıq edir


"Nota Bene" qəzetinin müxbiri Fərəməz Novruzoğlu iyulun 20-dən 14 saylı cəzaçəkmə müəssisəsində həbsinə etiraz olaraq ağzını tikərək başladığı aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən «Amerikanın səsi» radiosuna bildiriblər ki, jurnalist həkim nəzarətindədir və səhhəti normaldır. F.Novruzoğlunun qan təzyiqi 110-80 nisbətindədir, o, su içir və qidadan imtina etməkdə davam edir. "Nota Bene" qəzetinin müxbiri Fərəməz Novruzoğlu Cinyaət Məcəlləsinin böhtan və şərəf və ləyaqətin alçaldılması maddələri ilə Nərimanov rayon məhkəməsinin hökmü ilə bu ilin yanvarında iki il yarım müddətinə azadlıqdan məhrum olunub. Bu gün Fərəməz Allahverdiyevin həyat yoldaşı və qardaşı ona cəzaçəkmə müsəsisəsində baş çəkib. Jurnalistin həyat yoldaşı «Turan» agentilyinə bildirib ki, cənab Allahverdiyevin vəziyyəti kəskin pisləşib. «Onun ağzı əvvəlki kimi tikilidir, kəskin arıqlayıb, arterial təzyiqi aşağı düşüb».
XS
SM
MD
LG