Accessibility links

Azərbaycanın Nabuko qaz sisteminə qoşulacağı realdır


Türkiyə-Yunanıstan qaz kəmərinin Meric çayı üzərindən keçən hissəsinin tikintisi başa catıb. Türkiyənin Təbii ehtiyatlar və Energetika naziri Hilmi Gülər bildirib ki, Türkiyə-Yunanıstan təbii qaz kəməri Xəzər dənizinin təbii qaz ehtiyatlarının Azərbaycan və Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya nəqlində çox mühüm mərhələ olacaq. «Boru xətti ilə təbii qazın nəqlinə avqustun16-20-də başlana bilər. İlkin mərhələdə 250 milyon kubmetr mavi yanacağın nəqli planlaşdırılır»-deyə nazir qeyd edib.

Türkiyə-Yunanıstan təbii qaz kəməri Bursa yaxınlığındakı Qaracabəy məntəqəsindən Yunanıstanın Komotini məntəqəsinədək 300 kilometrlik uzunluğa malikdir. Kəmərin 17 kilometrlik hissəsi Mərmərə dənizinin altndan keçir. Türkiyə-Yunanıstan kəməri Nabuko qaz kəməri layihəsinin mühüm tərkib hissəsidir.

Xəzər və Orta Asiya qazının Avropaya çatdırılması və bu layihənin həyata keçirilməsinin vacibliyi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti, iqtisadi və siyasi araşdırmalar mərkəzinint rəhbəri Sabit Bağırov «Amerikanın səsi» radiosuna müsahibəsində danışıb. Onun fikrincə, Azərbaycanın Nabuko layihəsinə qoşulması realdır. Cənab Bağırov Mərkəzi Asiya qazının Nabuko sisteminə qoşulmasının qərb dövlətlərinin diplomatik və kommersiya qurumlarının maraqları baxımdan mümkün olacağına inanır.

XS
SM
MD
LG