Accessibility links

Daniel Frid Azərbaycanda demokratiya, təhlükəsizlik, enerji və İranla bağlı müzakirələr aparıb


ABŞ Dövlət katibinin müavini Daniel Fridin Azərbaycana üçgündük səfəri başa çatıb. O səfərinin yekunları ilə batğı keçirdiyi mətbuat konfransında bildirib ki, prezident İlham Əliyev, xarici işlər naziri Elimar Məmmədyarov, digər rəsmi şəxslərlə, eyni ilə də siyasi partiya rəhbərləri və vətəndaş cəmiyyətlərinin təmsilçiləri ilə Amerika-Azərbaycan əlaqələrinin mühüm prioritetlərini müzakirə edib. «ABŞ Azərbaycanı müstəqil, azad, firəfvan, çiçəklənən, islahatlar aparan ölkə kimi görmək istəyir. Biz Azərbaycanı 19-cu əsrin deyil, 21-ci əsrin ölkəsi kimi görmək istəyirik. Azərbaycanın güclü hökumətlə yanaşı, güclü vətəndaş cəmiyyəti, güclü müxalifət, güclü media, güclü məhkəmə və bank sisteminə ehtiyacı var». O Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşündə Moskvada dövlət katibi Kondaliza Raysın Raket Əleyhinə Müdaifə sistemləri ilə bağlı 2+2 formatında keçirdiyi görüşü ilə bağıl məlumat verdiyini deyib. «Bu danışıqlarda Azərbaycana da aid məsələ var idi. Biz Raket Əleyhinə Müdafiə sistemi ilə bağlı vahid mövqe nümayiş etdirilməsini istəiyrik. Rusiya Qəbələ RLS-dən birgə istifadəni təklif edir. Bu məsələdə əməkdaşlıq edəcəyik. Əgər Azərbaycan razı olarsa danışıqların bütün mərhələləri ilə bağlı onunla məsləhətləşəcəyik. Çexiya və Polşada raket əleyhiynə müdafiə sistemləri danışıqlarında irəliləyiş olarsa bu prosesi də irəli aparacağıq». Cənab Frid Azərbaycanın enerji ehtiyatlarının şərqdən qərbə daşınmasında tranzit rolu, regional məsələlər və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr apardığını da diqqətə çatdırıb. «ABŞ Transxəzər layihəsini dəstəkləyir. Enerji ehtiyatalrının qərbə çatldırılması üçün Azərbaycan, Türkiyə və Avropa ölkələri ilə danışıqlar aparırıq. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində kömək edirik. İkitərəfli danışıqlarda irəliləyiş əldə olunub, amma hələ müqavilə bağlanması məqamı yetişməyib. Problemin sülh yolu ilə həlli Azərbaycanın maraqlarının inkişaf etdirilməsinin ən yaxşı yoludur. ABŞ sülhə nail olunması üçün hər iki tərəflə yaxından işləmək əzmindədir». Dövlət katibiinn müavini prezidentlə görüşündə həbsdə olan jurnalistlər, o cümlədən «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə bağlı məsələ qaldırdığını da diqqətə çatdırıb. «Həbsdə olan jurnalistlərin məsələsini müzakirə etdim. ABŞ və Avropanın Eynulla Fətullayevin həbsi ilə bağlı keçirdiyi narahatlıqları dedim. Dəfələrlə təkrar etdim ki, güclü dövlətin güclü də mediası olmalıdır. ABŞ hesab edir ki, demokratiyanın irəliləməsi üçün liderlər, həmçinin müxalifət liderləri məsuliyyət daşıyır». O PKK-a terroru ilə bağlı sualın cavabında bildirib ki, ABŞ vahid İraqın öz daxilində və qonşuları ilə dinc yaşayacağına inanır. Biz inanırıq ki, İraq hökuməti və regional kürd liderləri terrorçu qrupların fəaliyyətinə yol verməyəcək. «Müttəfiqimiz Türkiyə PKK hücumlarına qəzəblidir və haqqı var. PKK-ya qarşı ölçü götürməsini tələb etməkdə də haqqı var. Bu gün Türkiyə baş naziri və ABŞ prezidenti PKK-nin İraq ərazisindən istifadə etməklə Türkiyəyə basqılarını müzakiə edəcək. ABŞ hesab edir ki, problemin həlli üçün nəticə verəcək effektiv ölçü götürməliyik». Cənab Frid Azərbaycanda İranla bağlı apardığı məsləhətləşmələri yüksək qiymətləndirib. «Mən Azərbaycan hökuməti ilə İranın siyasi kursunu dəyişməsi üçün diplomatik və iqtisadi təzyiq məsələsini müzakirə etdim. Heç kim istəmir ki, məsələ hərbi yola gəlib çıxsın». Dövlət katibinin müavini həmçinin Gürcüstanda son günlər baş verən hadisələrə də münasibət bildirib. «ABŞ əmin deyil ki, Gürcüstanda qeyri sabitlikdən söhbət gedir. Orada söhbət seçkilərin keçirilmə vaxtından gedir, fövqəladə və ya hərbi vəziyyətin elan edilməsindən getmir. Demokrtaik ölkələrdə mitinq və nümayişlər adi haldır. Bu hər yerdə olur, yolları, küçələri də bağlayırlar. Biz orada hadislərin inkişafını izləyirik. Hesab edirik ki, Gürcüstanda iqtisdai inkişaf və islahatlar sürətlə davam etdirilir».
XS
SM
MD
LG