Bu il Azəri-Çıraq-Günəşli neft yataqları üzrə əməliyyat xərclərinin planlaşdırılan 154 milyon dollara qarşı 193 milyon dollar olacağı proqnozlaşdırılır. Gözlərinlən artım neft xərclərinin artması, Çıraq yataığndakı quyularda daha çox işlərin görülməsi, obyektlərə texniki xidmət xərclərinin artması ilə bağlıdır. 2006-cı ildə isə Azəri-Çıraq-Günəşli yataqlarında əməliyyat xərclərinin 344 milyon dollar olacağı gözlənilir. 2006-cı ildə Azəri-Çıraq-Günəşli işləri üçün əsaslı xərclər üzrə təxminən 2 miylard 552 milyon dollar sərf olunacaq. Bu barədə BP şirkətinin Azərbaycanda baş təmsilçi prezidenti Devid Vudvord KİV-lə ilsonu görüşündə bildirib.
Cənab Vudvord əsrin kontarkıtından gələn il Azərbaycanın mənfətindən də danışıb. «Gələn il neftin qiymətləri 50 dollar səviyyəsində olarsa bizim əməliyyatlar nəticəsində Azərbaycan dövlətinin və Dövlət Neft şirkətinin payına düşən mənfəət iki milyard dollardan çox olacaq. Neftin qiymətlərindən asılı olaraq 2008-2010-cu illərdə hər il Azərbaycanın mənfəəti hazırki ümumdaxili məhsulundan iki dəfə çox təşkil edəcək».
O Səngəçal terminalında genişləndirmə işlərinin davam etdlirlidiyini diqqətə çatdırıb.«Terminal genişləndirilir ki, Azəri-Çıraq–Günəşlidən gələn nefti və gələn ilin üçüncü rübündən Şahdəniz qazını qəbul edə bilsin. Cənubi Qafqaz Qaz kəmərinin tikintisi də plana uyğun davam edir. Artıq Şahdəniz qazınının sahilə çatdırılması üçün sualtı boru kəmərinin tikintisi də uğurla davam edir. Biz gələn il üçüncü rübün sonunadək Şahdəniz qazını Gürcüstan ərazisi ilə Türkiyəyə çatdırmağı planlaşdırırıq».
BP-nin təmsilçisi bu ilin yanvar-sentyabr aylarında şirkətin Azərbaycandakı fəaliyyətinə də aydınlıq gətirib. «Layihə çərçivəsində doqquz ay ərzində ölkə daxilində işlərə Azərbaycan kapitallı 61 dövlət, 36 birgə, 334 kiçik və orta müəssisə cəlb olunub. Bu müəsisələr vasitəsi ilə yerli xərclər ilin sonunadək 249 milyon dollar təşkil edəcək. Azərbaycandakı xarici şirkətlər vasitəsi ilə 1,8 milyard dollar xərclənəcək. Bu il ölkəyə qoyulmuş sosial sərmayə 2 milyon 640 min dollar təşkil edir. Azəri-Çıraq-Günəşli və Şahdəniz layihəsinin reallaşdırılmasına 14.584 nəfər yerli işçi cəlb olunub»-deyə o qeyd edib.