Accessibility links

Azərbaycanın Azpetrol şirkəti ətrafında qalmaqal böyüyür


Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, ölkədə benzin satışının əksər hissəsinə nəzarət edən «Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyev həbs edildikdən sonra bu şirkət ətrafında qlamaqallar böyüməkdədir. Azərbaycanın iqtisad məhkəməsi şirkətinin sahiblik hüqunun bütövlükdə İbrahim Məmmədova verilməsi barədə qərar qəbul etdtkdən sonra «Azpetrol»un hollandiyalı səhmdarları 300 mln. dollarlıq mülkiyyətdən məhrum olunmaları barədə bəyanatlarla çıxış edib, beynəlxalq iqtisad məhkəməsinə müraciət edəcəyklirini bildirib. Bu gün keçirdiyi mətbuat konfransında isə İbrahim Məmmədovun vəkili Ramiz Həsənov hollandiyalı səhmdarların bəyanatlarının həqiqətə uyğun olmadığını bildirib. Vəkilin sözlərinə görə, «Azpetrol» 1999-cu il sentyabrın 3-də cənab Məmmədov tərəfindən yaradılıb. Eyni zamanda, cənab Həsənov çox maraqlı və təzadlı açıqlamalar da verib. Onun dediyindən belə çıxır ki, İbrahim Məmmədov «Azpetrol» şirkətini yaratmaısna baxmayaraq nə şəriklərindən, nə də şirkətə yatırılan xarici investisiyalardan xəbəri olmayıb. Maaraqlı olsa da, vəkil «Azpetrol»a qoyulan investiyaların və şəriklərin tapılmasında jurnalistlərdən kömək istəyib. Sonra, vəkil öz sözlərini təkzib edib. Belə ki, cənab Həsənovun dediyinə inansaq, 2001-ci il mayın 29-da «Azpetrol»un prezidenti şirkətin səhmlərinin 99,5%-ni xarici investorlara satmasını İbrahim Məmmədova tövsiyə edib və o da satıb. Vəkil prezidentin tövsiyələrindən danışsa da, tövsiyəçi prezidentin kim olduğunu jurnalistlərə deməkdən imtina edib. Belə çıxır ki, İbrahim Məmmədov tövsiyəsinə əməl etdiyi prezidenti tanımırmış. Cənab Həsənov sonra bildirib ki, 2004-2005-ci illərdə «Azpetrol»un 100% səhmləri Hollandiyanın «Azretrol» International Holdings B.V. şirkətinə verilib və "Azretrol-un Nizamnamə kapitalında artıq heç nə qalmadıqdan sonra səhmlərin 99,5%-ni yenidən İbrahim Məmmədova qaytarıblar. Vəkilin dedyinə görə, nəhayət cənab Məmmədov başa düşüb ki, onu aldadıblar. Bir qədər sonra isə vəkil dəyəri yüz milyon dollarlarla ölçülən əmlakın centlmen sazişi ilə xaricilərə verildiyini önə çəkib. Beləliklə, vəkilin ziddiyyətli bəyanatları «Azpetrol» ətrafında yaranmış vəziyyətin ictimaiyyətin düşündüyündən də mürəkkəb olduğunu bir daha nümyaiş etdirir. Ekspertlər hesab edir ki, ölkənin təhlükəsizliyində mühüm önəmi olan bu şirkətin əmlakı hökumətin gözü qarşısında kimlərinsə marağına uyğun istənilən kimi idarə olunub. Turan İnformasiya Agentilyinin eksperti İlham Şaban hesab edir ki, şirkətin mülikyətinin yenidən bölgüsü gedir və burada sənədləşmə o qədər qeyri-müəyyəndir ki, hətta hüquşünaslar da anlaya bilmir. O vəkilin qeyri-müəyyən danışmasını da bununla izah edir. Vəkil Rafiq Quliyev isə Amerikanın səsi radiosuna Rafiq Əliyevə qarşı «Azpetrol» şirkəti və onun idarə edilməsi məsələləri ilə bağlı hər hansı ittiham irəli sürülmədiyini bildirib. Vəkilin sözlərinə görə, cənab Əliyev «Azpetrol»la bağlı indiyədək dindirilməyib və o otuz min dolları qanunsuz yolla sərhəddən keçirməyə cəhddə günahlandırılır.
XS
SM
MD
LG