Accessibility links

Azərbaycanda Silahlı Qüvvələr günü qeyd olunur


Azərbaycanda Silahlı Qüvvələr günü qeyd edilir. Azərbaycanın Silahlı Qüvvələri 88 il öncə, 1918-ci ildə ölkədə və regionda ağır ictimai-siyasi durumun olduğu bir vaxtda yaranıb. Ordu yaranmamışdan öncə ölkənin hazırki Dağlıq Qarabağ regionunda erməni silahlı qüvvələri azərbaycanlılıra qarşı qanlı qətllər həyata keçirirmiş. Tarxçi alim Arif Yunusun qənaətincə, Azərbaycan Silahlı Qüvvələri qeyri-normal tarixi şəraitdə uğurla formalaşıb. Alimin sözlərinə görə, 1920-ci ilin yaz-yay planına əsasən milli ordu ölkənin tarixi sərhədlərini bərpa etməli idi. Ancaq 1920-ci il aprelin 28-də rus sovet orldusu Azərbaycanı işğal edib. Cənab Yunus Azərbaycan mill ordusunun sonrakı illərdə rus sovet qoşunlarına qarşı ciddi müqavimət göstərdiyini bildirib. Azərbaycan milli ordusu 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən formalaşdırılmağa başlayıb. Bu dövr də 1918-ci ildəki kimi çətin və ağır ictimai-siyasi durum dövrü olub. Yenə Dağlıq Qarabağ regionunda müharibə vəziyyəti olub, rus sovet ordusunun ərazidəki silahları nəzarətsiz qalıb.Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov o dövrü belə xarakterizə edir. Canab Məlikovun qənaətincə, 1993-1997-ci illərdə Müdafiə nazirliyi sisteminin strukturu formalaşdırılıb və 1997-ci ildə Silahlı Qüvvələr NATO standartlarına keçib. Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvələri NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» və «Fərdi tərəfdaşlıq» proqramlarınad uğurla iştirak edir. Azəröaycan müdafiə nazirliyi həmçinin dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq aparır. Silahlı Qüvəllər antiterror koalisiyasının tərkibində sülhyaratma əməliyyatlarında iştirak edir. Azərbaycan ordusu regionda ən güclü ordudur. Azərbaycan prezident İlham Əliyev iki gün öncə bildirib ki, son 3 ildə hərbi büdcə 4 dəfə artırılıb və 2006-cı ildə bu rəqəm 700 milyon dollara yaxınlaşıb. Dövlət başçısı ordunun maddi texniki təchizatının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də işlər aparıldığını deyib. Prezident Silahlı Qüvvələrin ölkənin ərazi bütövlüyünü bərpa etmək qabilliyətində olduğunu və bu qabilliyətin ilbəil artırıldığını xüsusi vurğulayıb.
XS
SM
MD
LG