Accessibility links

Azərbaycan məhkəməsi Türkiyəli iş adamına beş il şərti cəza kəsib


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin hökmü ilə Türikyə vətəndaşları, "Barmek-Azərbaycan" şirkətinin keçmiş prezidenti Hüseyn Arabul və vitse-prezident Ömər Günər şərti olaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Şirkətin digər beş əməkdaşı isə bir ildən üç ilədək şəri olaraq məhkum edilib. Məhkəmə qararına əsasən Hüseyn Arabul və Ömər Günər birlikdə 4 mln. 145 min manta ödəməlidir. İttiham aktına görə, şirkətin məsul əməkdaşlarının mənimsədiyi ümumi məbləğ 9 milyon manat təşkil edir. "Barmek-Azərbaycan" ASC-nin vəzifəli şəxslərinin işi üzrə məhkəmə bu il martın 19-da başlayıb. İstintaq Baş Prokurorluq yanında Koorupsiya ilə Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, böyük ölçüdə pul israfı, məhkəmə qərarlarını şüurlu şəkildə yerinə yetirməmək və vəzifə saxtakarlığı ittihamları üzrə aparılıb. İstintaq zamanı müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyi və Türkiyənin "Barmek holdinq" şirkəti arasında 2001-ci il oktyabrın 13-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, bu şirkət "Bakıelektrikşəbəkə"ni 25 il müddətinə idarə etmək hüququ əldə edib. Sənədə görə, ilk beş ildə "Barmek" Azərbaycana 50 mln. dollar məbləğində investisiya qoymalı olduğu halda, həqiqətdə investisiya qoymayıb. Bundan başqa, maliyyə sənədlərinin saxtalaşdırılması, məsləhətçi xidmətlərin ödənilməsi, investisiya hesabatlarının təhrif edilməsi, yenisi əvəzinə göhnə avadanlığın quraşdırılması ilə istehlakçılardan yığılmış 9.143 940 manat məbləğində vəsait mənimsənilib. Bundan öncə, məhkəməni və istintaqı qanunsuzluqda günahlandıran, Azərbaycanı investisiya üçün risqli ölkə adlandıran cənab Arabul məhkəmənin qərarından sonra kəskin bəyant verməyib. O məhkəmənin qərarına «buna da şükür» deyib.
XS
SM
MD
LG