Accessibility links

Azərbaycanda referendum baş tutub


Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər üzrə keçirilən referendum baş tutub. Mərkəzi Seçki Komissiyasının yerli vaxtla saat 15.00-a olan məlumatına görə, səsvermədə seçicilərin 52,47 faizi iştirak edib. Ölkədə beş milyona yaxın seçici var və referendumun baş tutması üçün seçicilərin azı 25 faizi səsvermədə iştirak etməlidir.
Seçicilər konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişikliyə səs verir. Yeni dəyişiklik konstitusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını da nəzərdə tutur.
Müxalifət çoxsaylı qanun pozuntularını qeydə aldığını bildirir. “Qarabağ və Demokratiya Uğrunda” Hərəkat və “Respublikaçılar” təşviqat qrupunun məlumatlarına görə, çoxsaylı karusel əməliyyatları, seçicilərin avtobuslarla məntəqələrə gətirilməsi və bir nəfərin bir neçə seçicinin əvəzinə səs verməsi halları müəyyən edilib.

XS
SM
MD
LG