Accessibility links

Azərbaycanda 603 bələdiyə üzrə təkrar, əlavə və yeni seçkilər keçirilir


Oktyabrın 6-da Azərbaycanda 82 seçki dairəsində 603 bələdiyə üzrə yerli özünü idarəetmə orqanlarına təkrar, əlavə və yeni seçkilər keçirilir. 163 bələdiyə tam tərkibdə seçiləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. 603 bələdiyə üzrə 1931 boş qalmış yer uğurunda 4525 namizəd mübarizə aparır. Səsvermə 810 min seçicini əhatə edən 910 min məntəqədə keçirilir. "Yeni Azərbaycan" partiyası - 2171, "Ana Vətən" partiyası - 40, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası- 27, «Vətəndaş Həmrəyliyi» partiyası - 23, «Milli İstiqlal» partiyası - 23, "Müsavat" partiyası - 23, «Böyük Quruluş» partiyası - 14, "Ümüd" partiyası - 12, «Demokratik İstiqlal» partiyası - 9, «Demokratik» Partiya - 8, "Ədalət" partiyası - 6, «Kommunist» partiyası - 6, Xalq Cəbhəsi partiyası - 4, Vətəndaş Birliyi partiyası - 4, Xalq partiyası - 2, "Milli Konqres" partiyası - 1, "Demokratik Azərbaycan Dünyası" partiyası - 1, Liberal - 1, Sosial Rifah partiyası - 30 namizədlə seçkilərə qatılıb. 23 namizəd partiya mənsubiyyətini göstərməyib. Daha 2096 nəfər namizədliyini müstəqil şəkildə irəli sürüb.
XS
SM
MD
LG