Accessibility links

Azərbaycan parlamentinin komitələri ABŞ Konqresinə müraciət edib


Azərbaycan parlamentinin İqtisadi siyasət və Beynəlxalq əlaqələr komitələrinin birgə iclasında ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciət qəbul edilib.
Sənəddə Konqresin Xarici əməliyyatlar komitəsinin “2010-cu maliyyə ilində Dağlıq Qarabağ separatçıları üçün 10 mln. dollar ayrılması haqda 17 iyun tarixli qərarı” pislənir.
Müraciətdə deyilir ki. separatçılığın dəstəklənməsi Azərbaycana - Amerikanın strateji partnyoruna münasibətdə qeyri-dostcasına atılan addımdır. “Belə əməllər ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilərdən biri kimi obyektivliyini şübhə altına qoyur”.
Milli Məclisin komitələri ABŞ Konqresini məsələ ilə bağlı yekun qərarın qəbulu zamanı bunları nəzərə almağa çağırır.

XS
SM
MD
LG