Accessibility links

BMT Baş katibi Beynəlxalq Minalardan Təmizləmə  Fəaliyyətinə Yardım günü münasibətilə müraciət qəbul edib


BMT Baş katibi Ban Kim-Mun Beynəlxalq Mina təhlükəsi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günü münasibətilə müraciət qəbul edib. Sənəddə deyilir ki, 80-ə yaxın ölkədə milyonlarla insanın hələ də yerüstü mina və partlayıcı müharibə qalıqlarının qorxusu altında yaşayır. «Hər il bu qurğular daha 15 000 nəfəri öz qurbanına çevirməkdə davam edir. Minalar insanları öldürməklə və şikəst etməklə qəbuledilməz itkilərə səbəb olur. Onlar insanların yaşamaq üçün vasitələrinə viranedici zərər vurur, ərazilər, yollar və ən sadə məişət xidmətlərindən istifadə etməsinə maneə yaradır. Lakin bu gün həm də yerüstü minalar və partlayıcı müharibə qalıqlarının bəlası ilə mübarizə aparmaq üçün ümumi səylərimizdə baş verən irəliləyişləri yenidən nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün tərəflərin – Üzv Dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, qeyri-hökumət təşkilatları və bilavasitə mina təhlükəsinə məruz qalmış ölkələrin – birgə səyləri nəticəsində minalardan təmizləmə fəaliyyəti istiqamətində ümumi işimizdə real nəticələrin şahidi olmuşuq. Baş katib xatırladır ki, piyadalar əleyhinə minaların qadağan olunması sazişi imzalanmaq üçün 10 il əvvəl təqdim edildikdən bəri 153 ölkə onu ratifikasiya edib. «40 milyona yaxın piyada əleyhinə mina ehtiyatı məhv edilmişdir. Piyadalar əleyhinə minaların istehsalı, satışı və ötürülməsi demək olar ki, dayanıb». Ban Kim-Mun bundan başqa kaset sursatlarının dəhşətli humanitar təsirlərinə qarşı cavab tədbirləri görülməsi barədə beynəlxalq ictimaiyyətə çağırışını bir daha təkrar edib. «Bu sursatlar yerüstü minalar qədər asanlıqla və tez-tez heç bir şeyə fərq qoymadan mülki şəxsləri öldürür və şikəst edir. Beynəlxalq ictimaiyyətin hiddəti böyük bir qrup ölkəni bu silahlar üzrə yeni beynəlxalq sazişin bağlanması istiqamətində çalışmağa sövq etdi ki, bu yöndə digər səyləri tamamlayaraq gücləndirir. Kaset sursatının mülki şəxslərə təsirini azaltmaq və son nəticədə tamamilə aradan qaldırmaq istiqamətində bütün cəhdləri alqışlayır və dəstəkləyirəm».
XS
SM
MD
LG