Accessibility links

Bu gün Beynəlxalq Sülh Günüdür


Bu gün Beynqəlxalq Sülh günüdür. Sülh günü münasibətilə BMT-nin Baş katibi Pan Ki Mun müraciət imzalayıb . Sənəddə deyilir ki, sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli məfhumlardan biridir. O həm də BMT-nin ən ali vəzifəsidir. «O, bizim missiyamızı müəyyənləşdirir. O, danışıqlarımızın aparıcı qüvvəsidir. O həm də sülhməramlı fəaliyyət və preventiv diplomatiyadan tutmuş insan haqları və inkişafın genişləndirilməsinə qədər dünyanın hər yerində gördüyümüz bütün işləri birləşdirən bir məfhumdur». Baş katibin fikrincə, sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb edir. Lakin bu heç də asan iş deyil. «Həqiqətən də, dünyanın müxtəlif yerlərində saysız-hesabsız insan qrupları üçün sülh hələ də əlçatmaz məqsəd olaraq qalır. Çad və Darfurdakı köçkün düşərgələrindən tutmuş Bağdadın dalanlarına qədər sülhə aparan yol uğursuzluq və əzab-əziyyətlə döşənmişdir». O bildirir ki, 21 sentyabr, Beynəlxalq Sülh Günü bütün insanlar üçün dünyanın hər yerində sülh və əmin-amanlığı daha da möhkəmləndirmək naminə səylərimizi nəzərdən keçirmək imkanıdır. «Bu gün əldə etdiklərimizə qiymət vermək, özümüzü qarşıda duran görüləcək işlərə hazırlamaq üçün bir fürsətdir». Cənab Pan Ki Mun deyib ki, bu gün həmçinin planetimizin hər yerində atəşkəs günü – bir çox yerlərdə insanları cana gətirmiş qorxu və təhlükədən azad 24 saatlıq fasilə kimi nəzərdə tutulmuşdur. «Bu gün mən qətiyyətlə bütün ölkələri və döyüş aparan tərəfləri bu atəşkəsə hörmət etməyə çağırıram. Həmçinin bütün insanlardan dünyanın hər yerində yerli vaxtla günorta saat 12-də bir dəqiqəlik sükuta əməl etməyi xahiş edirəm. Silahların susduğu bu müddətdən münaqişələrin hamımıza necə baha başa gəldiyini düşünüb anlamaq üçün istifadə etməliyik. Biz var qüvvəmizlə bu birgünlük fasilənin daimi olması üçün vasitələr axtaracağımız barədə qəti qərarımızı bildirməliyik».
XS
SM
MD
LG