Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də ABŞ-ın “Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin prezidenti və baş icraçı direktoru Skott Karsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzərTac dövlət agentilyinin məlumatına görə,
Azərbaycan Prezidenti ABŞ-ın “Boinq-Mülki aviasiya təyyarələri” şirkəti ilə Azərbaycanın 6 ildən artıq bir dövrü əhatə edən uğurlu əməkdaşlığından danışıb və şirkətin rəhbərinin bu səfərinin əməkdaşlığa yeni imkanlar açacağını deyib. «Azərbaycan sərnişin və yükdaşımaları üçün cəlbedici ölkədir və respublikamızın iqtisadi inkişaf potensialının gələcəkdə tam təmin edilməsi üçün daha yeni təyyarələrə ehtiyacı var».
“Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin Prezidenti və baş icraçı direktoru Skott Karson Azərbaycanla əməkdaşlıqdan razı qaldıqlarını deyib və yeni Boinq-787 təyyarələrinin regionda ilk dəfə olaraq, Azərbaycana gətirəcəklərini planlaşdırdıqlarını bildirib.