Accessibility links

BP-Azərbaycan şirkəti 2006-cı ilin yekunlarından razıdır


BP-Azərbaycan şirkətinin prezidenti Bill Şreyder 2006-cı ilin yekunları ilə bağlı birfinq keçirib. Cənab Şreyder bildirib ki, 2006-cı ildə Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyat xərcləri üçün planlaşdırılmış 227 milyon dollar əvəzinə 234 milyon dollar, əsaslı xərclər üçün planlaşdırılmış 2 milyard 552 milyon dollar əvəzinə 2 milyard 477 milyon dollar xərclənib.«2007-ci ildə AÇG-nin istismar xərclərinin 396 milyon, əsaslı xərclərinin isə 2 milyard 589 milyon dollar təşkil edəcəyi gözlənilir». O ötən ildə neft hasilatından da danışıb. «2006-cı ildə qarşımıza gündə yarım milyon barel neft hasil etmək məqsədi qoyduq. Laikn ilin ortasından etibarən bu rəqəmi aşıb keçdik. Planımız üzrə 458.000 barelə qarşı orta hesabla gündə 472.000 barel neft hasil etdik. Hazırda gündəlik hasilat həcmi 700.000 bareldən çoxdur. 2007-ci ildə bütün platformalardan sutkada 708.000 barel neft hasilatı planlaşdırılır». Cənab Şreyderin sözlərinə görə, ötən il AÇG-dən Azərbaycana ümumilikdə 2,4 milyard kubmetr səmt qazı verilib. «2007-ci il üçün plana uyğun olaraq AÇG-dən Azərbaycana 1,4 milyard kubmetr qaz verməliyik. Lakin qaz qıtlığını nəzərə alaraq yanvarın 1-dən gündə 8,2 milyon kubmetr qaz verilir. Bununla belə, cari il üçün təhvil verəcəyimiz səmt qazının həcmi 1,8 milyard kubmetrə qədər artırılıb». BP-Azərbaycanının prezidenti Bakı-Tbiltii-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə 2006-cı ildə 73 miloyn barel xam neft ixrac olunduğunu bildirib. «Bu boru kəməri nəzərdə tutulan göstəricini qabaqlayır. Kəmər 2008-ci ilin sonunda gündə bir milyon barel, ildə təqribən 50 milyon ton neft ötürmək planını qoruyub saxlayır». O Şahdəniz layihəsinə 2006-cı ildə əməliyyat xərcləri üçün planlaşdırılmış 59 milyon dolların 20 milyonunun, əsaslı xərclər üçün planlaşdırılmış 705 milyon dollar əvəzinə 771 milyon dollar xərcləndiyini deyib. «2007-ci ildə Şahdənizin istismar xərcləri 183 milyon, əsaslı xərclərinin isə 334 milyon dollar təşkil edəcəyi planlaşdırılır. Bu il Şahdənizdən orta hesabla mərhələ bir çərçivəsində sabit hasilat həcmi il ərzində 8,6 milyard kubmetr qaz təşkil edəcək». Cənab Şreyderin sözlərinə görə, 2006-cı ildə Azərbaycana BP-Azərbaycan şirkəti vasitəsi ilə 3,2 miylard dollar mənfəət daxil olub. «2007-cii ildə Azərbaycan 3,8 milyard dollar mənfəət götürəcək və sonrakı illlərdə bu mənffət sürətlə artacaq. BP-Azərbaycan şirkəti 2007-ci ildə Azərbaycana 10 milyon 750 min dollar sosial sərmayələr qoyacağını da planlaşdırır».
XS
SM
MD
LG