Accessibility links

Metyu Brayza xarici radioların yerli tezliklərdə yenidən yayımı üçün yol tapmağı mümkün sayır


"Xarici radiolar çox vacib xəbər mənbəyidir. Bunlar Azərbaycan xalqına bir qrup jurnalistin məsələləri necə görmək istədiyini təqdim edən radiolardır. Biz inanırıq ki, "Amerikanın səsi", "Azadlıq", BBC və digər radioların FM tezliklərində verilişlərini davam etdirməsi vacib bir amildir. Həmkarlarımdan kənar prezident Əliyevlə apardığım müzakirələrdən belə nəticə çıxarmaq olar ki, müəyyən yolla bu məsələdən çıxış yolu tapmaq mümkündür". Bu barədə ATƏT-in Minsk Qrupunu amerikalı həmsədr, Dövlət katibinin müavinin yardımçısı Metyu Brayza bu gün Bakıda bildirib.

Cənab Brayza alternativ informasiyanın münaqişənin həllində rolu ilə bağlı suala cavabda bildirib ki, əsas məsələ həmsədrlərin müzakirələri ilə bağlı mətbuatın dəqiq məlumat almasıdır. "Bu isə müzakirələrin gedişi ilə bağlı jurnalistlərin tam və dəqiq fikir yaratmasına imkan verəcək. Mən düşünürəm ki, vətəndaş cəmiyyətində və hökumətdə bizim gördüyümüz işlərlə bağlı qalmaqal yaratmağın vaxtı keçib. O artıq tarixdir. İctimaiyyətə məlumat çatdırılmalıdır ki, müzakirə olunan məsələlər ədalətlidir, balanslaşdırılıb və hər iki ölkənin cəmiyyəti üçün vacibdir"-deyə o qeyd edib.


XS
SM
MD
LG