Accessibility links

Azərbaycan ərzaq buğdasına olan tələbatı daxili istehsal hesabına ödəyəcək  


Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov “Amerikanın səsi” radiosuna müsahibəsində ölkədə məhsul yığımından danışıb. Onun sözlərinə görə, bu il daxili istehsal hesabına əhali ərzaq buğdası ilə tam təmin ediləcək. “İlk dəfə olaraq bu il 810 min hektar sahədə ərzaq buğdası əkilib və 2 milyon 616 min ton məhsul istehsalı gözlənilir. Bu isə ölkənin illik buğda tələbatından bir qədər çoxdur”.
Nazir bəzi yerlərdə buğdanın qiymətinin hətta maya dəyərindən aşağı satıldığının qeydə alındığını deyib. O, hökumətin iqtisadi metodlarla buğda idxalını azaltmasının vacibliyin deyib.
Cənab Abbasov gələcək illərdə Azərbaycanın buğda ixracına başlayacağını da istisna etmir.

XS
SM
MD
LG