Accessibility links

Azərbaycan xalqının iki əlifbada ədəbiyyatı


Azərbaycanın xalq yazıçısı, Milli Məclisin deputatı Əkrəm Əylisli xalq şairi Süleyman Rüstəmin məşhur “Təbrizim, Təbrizim, yola gəl yola, Uzat qollarını boynuma dola” rədifli şerinin zamanın tələblərinə uyğun yazıldığını söyləyib.

O “Amerikanın səsi” radiosuna müsahibəsində keçmiş xatirələrindən danışan xalq yazıçısı özünün də Araz çayı sahilində doğulduğunu və həmişə cənub həsrətində olduğunu dilə gətirib. Millət vəkilinin fikrincə, İran Azərbaycanında əlifba problemi ikinci dərəcəli məsələdir. Ən böyük problem isə, fundamental mədəni hüquqlarla bağlıdır. Hüquqları müdafiə olunmayan şəxslər dillərini necə təkmilləşdirə bilər? Yazıçı düşünür ki, İranda yaşayan azərbaycanlılar, Axundov təfəkküründən çox uzaqdadır. O, hesab edir ki, şimali Azərbaycan ədəbiyyatı Mirzə Fətəli Axundovun adı ilə bağlıdır.

XS
SM
MD
LG