Dünən Dünya Azərbaycanlıları
Konqresinin təşəbbüsü ilə Avropa Parlamenti qarşısında Güney Azərbaycanda
yaşayan azərbaycanlıların milli haqlarını müdafiəsi və İranda qeyri-fars
millətlərə qarşı İran hakimiyyətinin qeyri-insani əməllərinə etiraz olaraq
aksiya keçirib. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidməti
məlumat yayıb.
Xəbərə görə, aksiyada Avropa ölkələrində və Amerikada
fəaliyyət göstərən Güney Azərbaycanın ictimai-siyasi təşkilatlarının
təmsilçiləri iştirak edib.