Accessibility links

Gənclər daxili işlər nazirliyinin qarşısında etiraz, jurnalist isə həbsxanada aclıq edir


«Dalğa» Gənclər Hərəkatı İrandan olan dissident Hadi Musəvinin ölkəsinə qaytarılmasına etiraz olaraq Daxili İşlər nazirliyi qarşısında piketi keçirib Piketin qarşısı polis təərfindən alınıb və 8 nəfər saxlanıb. «Dalğa» Gənclər Hərəkatının lideri Ülvi Həsənli «Amerikanın səsi» radiosuna bildirib ki, piketdə «Hadi Musəviyə azadlıq!», «İran zorakılığına yox!» «Bizi də deportasiya edin!», «Beynəlxalq normaları pozmaqla Hadi Musəvinin həyatına təhlükə yaradanlar məsuliyyətə cəlb olunsun!» şüarları qaldırılıb. «Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakit hüqularının pozulmasına etiraz olaraq aclığa başlayıb. Vəkil Vüqar Xasayev «Amerikanın səsi» radiosuna bildirib ki, jurnalistin həbsxanada hüquqlarının pozulmasına etiraz etməsi həbsxana rəhbərliyinin daha sərt cəza tədbiri ilə nəticələnib. Cənab Sakit həbsxananın cəza kamerasına salınıb. Vəkil həbsxana rəhbərliyinin bu hərəkətini qanun pozuntusu kimi qiymətləndirir və məhkəmə müraciət edəcəyini deyir. Mirzə Sakit 2006-cı ilin iyununda həbs olunub. O narkotik maddə saxlama ittihamı ilə üç il azadlıqdan məhrum edilib. Satirik yazar hakmiyyət rəhbərlərini tənqid edən satirik şerləri ilə məşhurdur. Jurnalist satirik yazılarına görə siyasi sifarişlə həbs edildiyini bəyan edib və onun bu bəyanatı benyəlxalq təşkilatlar və hüquq-müdafiəçiləri tərəfindən müdafiə edilir.
XS
SM
MD
LG