Accessibility links

ABŞ Dövlət katibinin müavini Daniel Frid Azərbaycanda səfərdədir


ABŞ Dövlət katibinin müavini Daniel Frid və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mannın Azərbaycana səfrəi başlayıb. Cənab Mann bu gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Danışıqlardan sonra ATƏT-in Misnk Qrupunun amerikalı həmsədri Stiven Mann bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıb. «Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yaxşı müzakirə apardıq. Dövlət katibinin müavini Daniel Fridi görüşümün nəticələri barədə məlumatlandıracam. Sonra müzakirələri dövlət katibinin müavini ilə birgə davam etdirəcəyik». Bununla yanaşı, cənab Maan müzakirəlrin detalları barədə hər hansı məlumat verməyib. Dövlət katibinin müavini Daniel Frid də Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcək.
XS
SM
MD
LG