Accessibility links

Əli Həsənov: Radiolarla bağlı Amerika və Britaniyanın təklifləri hazırda öyrənilir


Day.az saytının mənim almağımla bağlı bir sıra media orqanlarında yayılan məlumatlar tamamilə cəfəng fikirdir. Day.az saytı ilə nə mənim, nə də Prezidentin İcra Aparatının heç bir əlaqəsi yoxdur. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib.

O sayt ətrafında son günlər yaranmış vəziyyətlə bağlı açıqlama verməyib. "Mən bu saytla bağlı açıqlama verə bilmərəm. Saytın sahibi var və onun müəyyən açıqlamaları var. Mən bundan artıq heç nə deyə bilmərəm."

Cənab Həsənov saytın bağlanmasının səbəblərinin Rusiya baş naziri Vladimir Putinlə bağlı olması barədə deyilənlər barədə sualın cavabında "bununla bağlı informasiyam yoxdur və bu səbəbdən heç nə deyə bilmərəm" -deyə o bildirib.

Şöbə müdiri xarici radioların yerli tezliklərdə yayımının bərpası barədə ABŞ-ın təqdim etdiyi Saziş layihəsini hökumət müzakirə edibmi? sualına da cavab verib. "Xeyr. Hazırda müvafiq qurumlar - Milli Teleradio Şurası, radio tezlikləri üzrə komissiya və digər qurumlar Sazişi öyrənilməsi və hökumətə təkliflər hazırlanması ilə məşğuldur. Hələ ki, təkliflər daxil olmayıb."

O eyni zamanda hansı radiolarla bağlı təkliflər verildiyini də dəqiqləşdirib. "Amerika Beynəlxalq Yayım şirkətinin təklifləri və BBC korporasiyası adından Böyük Britaniya səfirliyinin təklif etdiyi bəzi təkliflər var. Təkliflər hazırda öyrənilir. Müvafiq qurumlar təkliflərə hüquqi və peşəkar yanaşma nümayiş etdirdikdən sonra, hökumət siyasi münasibət bildirəcək."


XS
SM
MD
LG