Accessibility links

Azərbaycanda keçirilən seçkilər benyəlxalq standartlara cavab verməyib  


Azərbaycanda dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri bəllidir. Seçkilər İnformasiya mərkəzinin məlumatına görə, artıq 125 seçki dairəsindən 123-də ilkin nəticələr müəyyənləşdirilib. Rəsmi məlumata əsasən, seçkilərdə iqtidarda olan "Yeni Azərbaycan" partiyası liderlik edir və bu partiaynın azı 64 üzvü öndədir. Müxalifətdə olan Müsavat partiyasının 4, Xalq Cəbhəsi partiyasının 1 üzvü irəlidədir. İqtidaryönlü "Ana Vətən" və "Vətəndaş Həmrəyliyi" partiyalarının parlamentdə hərəyə iki mandatı, "Böyük Quruluş", "Vətəndaş birliyi", "Ümid", Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar partiyalarının hər biri isə 1 mandat almağa şanslıdır. Digər liderlər müstəqil namizədlərdiir. Rəsmi məlumatlara görə, Müsavat, Xalq Cəbhəsi, Demokrat, Milli İstiqlal partiyalarının liderləri qalib gəlmək üçün bəs edən səs toplaya bilməyib. Ancaq Milli Birlik Hərəktanının lideri, keçmiş dövlət katibi Lalə Şövkətin seçilmək şansı var. Maraqalıdır ki, ilkin rəsmi nəticələrlə Amerika hökumtəinin maliyyə dəstəyilə PA Consulting şirkətinin keçirdiyi exit-pollun nəticələri arasında böyük fərqlər mövcuddur. PA şirkətinin 46 seçki dairəsində gəldiyi nəticələrə görə, Yeni Azərbaycan Partiyasının 18, "Azadlıq" blokunun 12 namizədi, 10 dairədə müstəqil namizədlər liderlik edir. Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vətəndaş Birliyi, Müasir Müsavat partiyaları, həmçinin "İctimai liderlər" və "Yeni siyasət" blokları da hər birində bir namizəd olmaqla irəlidədəir. Müxalifətdə olan «Azadlıq" seçki bloku isə parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Müsavat partiyasının başqanı İsa Qəmbər blokun seçkilərin nəticələrinin ləğvini və yeni parlament seçkilərnin keçirilməsini tələb etdiyini bildirib. Onun sözlərinə görə, hakimiyyət Azadlıq blokunun noyabrın 8-də etiraz aksiyası keçirməsinə icazə verməyib və buna baxmayaraq blok noyabrın 9-da saat 15-də "Qələbə" meydanında yürüş-mitinq keçirəcək. AXCP sədri Əli Kərimli deyib ki, seçkilərin saxtalaşdırılmasına baxmayaraq Azərbaycan xalqı müxalifəti dəstəkləyib. Onun sözlərinə görə, bu gündən başlayaraq blok məhkəmələrdə seçkilərin nəticələrinin ləğvinə nail olmağa çalışacaq. Cənab Kərimli Azərbaycan xalqını hüquqlarının müdafəisinə çağırıb. «Azərbaycanda keçirilən parlament seçkiləri ATƏT-in standartarına və Avropa Şurasının seçkilərin demokratik keçirilməsi üzrə digər standartlarına və ölkənin bu qurum qarşısında götürdüyü öhdəliklərin bir çoxuna cavab verməyib. Bu sözlər ATƏT seçki missiyasının seçkilərin nəticələri ilə bağlı ilkin bəyanatındandır. ATƏT Parlament Assambleyasının rəhbəri, Amerikalı konqresmen Alse Hestinqs bildirib ki, seçkiqabağı dövr bir qədər yaxşılaşdırılsa da seçicilərin qeydiyyatı, toplaşma azadlığı və bəzi başqa fundamental hüquqlar pozulub. "Dünən keçirilmiş seçkilər ATƏT tərəfindən qoyulmuş öhdəliklərə və demokratik seçkilər sahəsində mövcud olan beynəlxalq standartlara cavab verməyib. Səsvermənin sakit keçməsinə baxmayaraq seçki günü baş vermiş pozuntular belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycanda seçkilər ölkənin beynəlxalq öhdəliklərinə uyğun gəlməyib. Seçkiqabağı dövrdəki müsbət məqamların səslərin hesablanması zamanı yol verilən pozuntularla heçə endirildiyini demək mənim üçün ağırdır". AŞPA-nın uzunmüddətli missiyasının rəhbəri Leo Platvoet deyib ki, seçkilər zamanı AŞ-nin demokratik normaları nəzərə alınmayıb.«Bu yaxşı vədlərə və pis paraktikaya malik seçki idi. Yaxşı o idi ki, dövlət televiziyasında pulsuz efir vaxtı verilmişdi, pis isə dövlət KİV-lərində iqtidarda olan YAP-ın xeyrinə məlumatların yayılmasıdır. Pis həm də polis və yerli hakimiyyətlərin səsvermənin gedişinə müdaxiləsi, mitinqlər zamanı qeyri-adekvat qüvvənin tətbiqi, inzibati həbslər, seçkiqabağı kampaniya zamanı məhdudlaşdırmalar, seçki komissiyalarının balanslı formalaşdırılmamasıdır». Platvoetin sözlərinə görə, bütün məntəqələrdə səsəvermə bülletenlərinin sayılması prosesinin 43%-i müşahidəçilər tərəfindən ya pis, ya da çox pis qiymətləndirilib. «Hakimiyyət beynəlxalq təşkilatların bir sıra tövsiyələrini formal olaraq və ya qismən yerinə yetirib. Barmaqlara rəng vurulması eyni adamın təkrar səsverməsinin qarşısını almağa kömək edibsə, qərar seçkilərə iki həftə qalmış qəbul edildiyindən o qədər də effektli olmayıb». ATƏT DTİHB-nin rəhbəri Gert Arens və Avropa parlamentinin uzunmüddətli missiyanın nümayəndəsi Mari Bequin parlament seçkiləri zamanı həm mənfi, həm də müsbət məqamların olduğunu bildirib. AŞPA-nın Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklər üzrə məruzəçiləri Andreas Qross və Anres Herkel də seçkilərin ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə cavab vermədiyni deyıb. Andres Herkel jurnalistlərə bildirib ki, cənub regionunda çoxsayla qanun pozuntuları ilə üzləşiblər.«Hansı ki, biz olmuşuq, cənub regionunda bir nəfər ailə üzvlərinin hamısının əvəzinə səs verirdi, səslərin hesablanması da pis və ya çox pis idi». O müxalifətin keçiriəcəyi mitinqlərə qarşı güc tətbiq edilməsini yolverilməz sayır. «İlk öncə prolemləri demokratik üsullarla həll etmk lazımdır. İkincisi isə hökumət seçkilərlə bağlı çoxsayla şikaytələrə obyektiv hüquqi qiymət verməlidir. Biz 2006-cı ilin yanvar sesiyasında Azərbaycanda keçiriləcək parlament seçkiləri və insanların dinc toplaşmaq azadlığına məhdudiyyətlər qoyulmasını müzakirə edib qiymətləndirəcəyik»-deyə o qeyd edib.
XS
SM
MD
LG