Accessibility links

ABŞ xarici radioların Azərbaycanda yayımlanması üçün  saziş layihəsi təklif edib


ABŞ-ın Azərbaycandakı səfiri Enn Desri Barak Obamanın seçki kampaniyasının rəhbəri Devid Plaffın Bakıya ABŞ prezidentinin xüsusi missiyası ilə gəlməsi barədə xəbərləri təkzib edib. Onun fikrincə, cənab Plaff Azərbaycana sadə bir amerika vətəndaşı kimi gəlib. “Bu söz-söhbət səviyyəsində olan bir spikuliyasiyadır. Devid Plaff vaxtı ilə prezident Barak Obamanın seçki kampaniyasının idarəçisi olub. Hazırda isəsadə vətəndaşdır. Azərbaycana da özəl bir vətəndaş kimi səfər edib. Təbii ki, onun səfəri Amerikatərəfindən əlaqələndirilib. Lakin burada hər hansı məxfi missiya daşıyan xüsusiyyət yoxdur.”

Eyni zamanda, o qeyd edib ki, Devid Plaffın səfərinin məqsədi demokratiyanın inkişaf etdirilməsi, seçki kampaniyasında vətəndaşların rolunun artırılması, səsvermədə ən yeni texnologiyaların tətbiqi ilə bağlıdır.

Səfir ABŞ-ın Beynəlxalq Yayım Şurasının nümayəndələrinin Bakıda “Amerikanın səsi” və “Azadlıq” radiolarının verilişlərini Azərbaycanda yayımlanması ilə bağlı “səmərəli” danışıqlar apardığını da deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin təklif etdiyi kimi, Amerika Beynəlxalq Yayım Şurası beynəlxalq və dövlətlər arası Saziş layihəsi təqdim edib.

“Düşünürəm ki, müzakirələr məhsuldar olub. Müzakirələrdə Azərbaycan hökumətinin təklif etdiyi kimi beynəlxalq və ikitərəfli sazişin ilkin versiyası hazırlanaraq Azərbaycan tərəfinə təqdim edilib. Bu ilkin versiyada radioların öncə olduğu kimi fəaliyyətinin bərpasını nəzərdə tutan məqam var. Sazişin ilkin variantında Azərbaycan yayımçılarına çox gözəl və mükəmməl imkanlar verilir. Bu Amerikada həm FM, həm də digər tezliklərdə yayımlarını aparmaq imkanıdır. Həqiqətən, Azərbaycan yayımçılarının Amerika məkanında Azərbaycan və İngilis dillərində yayım həyata keçirmək fikri məni məmnun edir. Azərbaycan yayımçılarının ABŞ media mühitində fəaliyyət göstərməsi ABŞ media mühitinin zənginləşdirilməsidir. Amerika vətəndaşlarının Azərbaycan barədə müfəssəl məlumat almasına kömək edər. Biz hazırda təkliflərimizə hökumətin reaksiyasını gözləyirik. Bu istiqamətdə böyük əzmkarlıq göstərərək fəaliyyətimizi davam etdirəcəyik. Məsələnin Azərbaycan və ABŞ qanunvericiliyinə uyğun müsbət və konstruktiv həllinə böyük ümidlər bəsləyirik”-deyə o qeyd edib.

XS
SM
MD
LG