Accessibility links

Azərbaycan «Diffamasiya haqqında» qanunu qəbul etməyə hazır deyil


"Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatının Azərbaycanda söz azadlığının vəziyyətilə bağlı tənqidi reallıqdan uzaqdır. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu təşkilatın Azərbaycan prezidentinin adının mətbuatın düşmənləri sırasında göstərməsini şərh edərkən bildirib. Onun fikrincə, təşkilat Türkiyəyə, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də qərəzli mövqe tutur. Şöbə müdiri ABŞ Dövlət katibinin müavini Barri Lovenkronun Azərbaycanda mətuat sahəsində mövcud durumla bağlı bəyanatına da münasibət bildirib. Cənab Həsənov beynəlxalq təşkilatların Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbulu ilə bağlı çağrışlarına mənfi cavab verib. O Azərbaycanın bu qanunu yalnız Avropa dövlətlərindən sonra qəbul edəcəyini deyib. Şöbə müdiri həbsdə olan jurnalistlərə amnistiya tətbiq edilməyəcəyinin səbəbinə də toxunub. Onun fikrincə, jurnalistlərin böhtan dolu yazıları onların məsuliyyətdən azad edilməsini çətinləşdirir. Cənab Həsənov hökumətin mətbuatın inkişafına dövlət yardımı ilə bağlı proqramı müzakirə etdiyini də diqqətə çatdırıb. Ancaq proqramın nə vaxt gündəliyə çıxarılacağı barədə hər hansı məlumat verməyib. Şöbə müdiri müxalifətin və beynələxalq təşkilatların çoxsaylı təkliflərinə bayxmayaraq «Seçki məcəlləsi»ndə ciddi dəyişiklik edilməyəcəyini bildirib.
XS
SM
MD
LG