Accessibility links

ATƏT Azərbaycanda böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını istəyir    


ATƏT və "Yeni Nəsil" Jurnalistlər Birliyi "Azərbaycanda diffamasiya (böhtan) problemləri" mövzusunda dəyirmi masa keçirib. ATƏT-in Bakı ofisinin rəhbəri Robin Sivord bildirib ki, ATƏT Azərbaycanda mətubat azadlığına xüsusi önəm verir. "Ölkədə mətbuata qarşı neqativ hallar baş verib, hücumlar və təzyiqlər olub. ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi bildirib ki, qanun layihəsi ATƏT ölkələrinin ümumi mövqeyini əks etdirir. Böhtana görə cinayət məsuliyyəti Cinayət Məcəlləsindən çıxarılmalıdır ". "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev qanun layihəsinin "Artikl 19" təşkilatı ekspertlərinin qiymətləndirməsinə təqdim edildiyini deyib. Cənab Əliyev son zamanlar qanunun qəbulunu real saymayan hökumət rəsmilərinin mövqeyində müəyyən dəyişikliklər yarandığını da diqqətə çatdırıb. Ekspert Qulamhüseyn Əlibəylinin sözlərinə görə, sənədin son variantında şərəf və ləyaqət, işgüzar nüfuz anlayışları dəqiqləşdirilib, vicdanlı şərh anlayışı əlavə edilib. Cənab Əlibəyli hesab edir ki, vicdanlı şərh anlayışına görə jurnalist ondan asılı olmayan səbəblərdən məlumatın dəqiqləşdirilməsinə nail olmayıbsa məsuliyyətdən azad edilir. Satira və yumor janrındakı yazılara görə isə ümumiyyətlə məsuliyyət daşımır. Ekspertlər eyni zamanda məhkəmənin mətbuat orqanının və ya jurnalistin üzr istəməsi ilə bağlı qərar qəbul etməsinə ehtiyac görmür. Cənab Əlibəylinin fikrincə, bu insan azadlığına qarşıdır. Ekspert Zeynal Məmmədli qanun layihəsində dəqiqləşdirmələrin aparılmasını vacib sayır. Onun fikrincə, sənədin bir çox müddəaları Azərbaycan reallığında mətbuatın əleyhinə çevrilə bilər. Hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, diffamasiya ilə bağlı problemləri ayrıca qanun şəklində deyil, digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər etməklə də həll etmək olar.
XS
SM
MD
LG