Accessibility links

Vəfa Quluzadə: Dağlıq Qarabağ problemində irəliləyiş olmasa da 2008-ci ilin diplomatik yekunu uğurludur  


Xəzər Araşdırmalar Fondunun prezidenti, xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə 2008-ci ilin yekunların Azərbaycan diplomatiyası üçün uğurlu adlandırıb. Onun fikrincə, il ərzində cəbhə xəttində Ermənistan ordusu ilə atışmaları istisna etməklə, Azərbaycan münaqişələrə çəkilməyib. Ölkə həm Rusiya, həm İran, həm də ABŞ-la uğurlu əməkdaşlıq edib. Azərbaycanın qonşuları və ABŞ arasındakı diplomatik gərginlik nəzərə alınarsa bu üçbucaqda uğurlu münasibətlərə nail olmağın çətinliyi başa düşüləndir.

Politoloq bölgədə və dünyada ilin ən gərgin hadisələrindən biri kimi, Gürcüstan və Rusiya arasındakı avqust böhranını göstərir. Onun fikrincə, belə böhran Azərbaycandan da sovuşmayıb. Vəziyyətdən çıxış kimi Azərbaycan Amerika və ya Türkiyə ili hərbi müttəfiqlik haqqında sənəd imzalamalıdır.


XS
SM
MD
LG