Accessibility links

Azərbaycanda bəzi neft məhsullarının qiymətləri qaldırılıb


Bu gündən etibarən dizel yanacağı, ağ neft və məişət soba yanacağının pərakəndə satış qiymətləri qaldırılıb. Müvafiq qərar yanvarın 5-i Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən qəbul olunub. Bundan sonra adı çəkilən yanacaqların 1 litrinin pərakəndə satış qiyməti 0,36 AZN olacaq ki, bu da A-93 avtomobil benzinin qiymətinə uyğundur. İndi Azərbaycanda, dünyanın bir çox ölkələrində olduğu kimi, dizel yanacağı və benzinin qiyməti bərabərləşib. Dizel yanacağının qiymətinin A-93 benzinin qiymətinin səviyyəsinə qalxması dizel yanacağı ilə işləyən avtomobillərin qiymətlərinin aşağı düşməsinə, kənd təsərrüfatı məhsullarının, beynəlxalq yük və sərnişin daşımalarının maya dəyərinin isə artmasına gətirib çıxaracaq.
XS
SM
MD
LG