Accessibility links

Bakıda Əfqanıstandakı hərbi qüvvələrə təchizatın çatdırılması yolları müzakirə edilir



Bakıda Əfqanıstana yüklərin çatdırılmasını asanlaşdırmaq məqsədilə iki günlük konfrans açılıb.
Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə,
Türkiyə, Gürcüstan və Azərbaycandan olan nəqliyyat sahəsi üzrə aparıcı mütəxəssislər ABŞ, NATO və tərəfdaş ölkələrin Əfqanıstanda əməliyyat aparan hərbi qüvvələrinə təchizatın asanlaşdırılıması məsələlərini müzakirə edir.
Konfransı ABŞ-ın Avropa Komandanlığı (EUCOM) təşkil edib və region ekspertləri ilə ABŞ-dan olan hərbi tərəfdaşlar arasında təchizat və təminat üzrə əlaqələndirməni təkmilləşdirmək məqsədi daşıyır. Amerikanın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, ABŞ təhlükəsizlik sahəsində əməkdaşlıqda Azərbaycanı önəmli tərəfdaş hesab edir. "Bu nəqliyyat konfransı sözügedən davamlı əməkdaşlığa birbaşa aiddir, çünki, bu bizə Əfqanıstandakı qoşunlara təminatın ən münasib yollarını araşdırmaq üçün regiondakı tərəfdaşlarımızla işləməyə imkan yaradır", - deyə o qeyd edib.
Tədbirdə Türkiyədən, Azərbaycandan və Gürcüstandan hökumət rəsmiləri, özəl şirkətlərin, həmçinin ABŞ Ordu Qüvvələrinin Yerüstü Yerləşdirilmə Mərkəzinin, ABŞ Nəqliyyat Komandanlığının, Pentaqonun Müdafiə Təminatı və Təchizatı üzrə Agentliyinin, ABŞ-ın Avropa Komandanlığının və ABŞ Müdafiə Departamenti üçün təminatla məşğul olan digər qurumların nümayəndələri iştirak edir.
Əfqanıstana qeyri-hərbi yüklərin daşınması özəl şirkətlər tərəfindən həyata keçirilir və Qafqaz vasitəsilə yüklərin daşınmasına hərbi personal cəlb olunmur.
Səfir Enn Dersi deyib ki, ABŞ Azərbaycanın bu konfransa ev sahibliyi etməsini yüksək qiymətləndirir və konfransda iştiraka maraq göstərənlərə böyük rəğbət bəsləyir. "Biz tərəfdaşlarımızla əməkdaşlıq edərək, həmin ölkələrdə istehsal olunmuş kommersiya mallarının alınması və yüklərin anbarlarda saxlanması potensialını araşdırmaq üçün imkanlar görürük. Beləliklə, hər iki istiqamət yerli iqtisadiyyata fayda verəcək və Azərbaycanın regionun nəqliyyat mərkəzi kimi inkişaf etmək səylərinə dəstək olacaq", - o qeyd edib.
Azərbaycanlı ekspertlər Əfqanıstana hərbi və qeyri-hərbi yüklərin daşınmasında Türkiyə, Gürcüstan və Azərbaycanın mühüm rolunu qeyd edir. Onların fikrincə, hər üç dövlət Amerika ilə müttəfiqdir və onların hərbi qüvvələri Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak edir. “Avroatlantik” Mərkəzin rəhbəri Asim Mollazadə hesab edir ki, hər üç dövlət öz ərazisi vasitəsi ilə yüklərin daşınmasında maraqlı olacaq.
Ekspertin fikrincə, konfransda yüklərin həm Orta Asiya, həm də Cənubi Qafqaz vasitəsi ilə daşınması məsələsi də diqqət mərkəzində olacaq.
Cənab Mollazadə Əfqanıstana aparılacaq bir çox qeyri-hərbi yüklərin Azərbaycan və Türkiyədən alınacağını da istisna etmir. Çünki bu sahədə həm Türkiyənin, həm də Azərbaycanın kifayət qədər potensialı var.
Ekspert həmçinin Azərbaycanda Əfqanıstana aparılacaq yüklərin saxlanması üçün depoların, yəni saxlanma anbarlarının yaradılacağını da istisna etmir. Çünki Azərbaycanın yüklərin saxlanması sahəsində

XS
SM
MD
LG