Accessibility links

Sülhəddin Əkbər: NATO - Azərbaycan hərbi məsləhətləşmələri əhəmiyyətlidir


Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər “Amerikanın səsi” radiosuna müsahibəsində NATO ilə Azərbaycan arasında 27+1 formatında keçirilən məsləhətləşmələri müsbət qarşılayıb. Onun fikrincə, belə məsləhətləşmələrə Azərbaycanın böyük ehtiyacı var. “Azərbaycan NATO ilə imzaladığı fərdi tərəfdaşlıq planını tam yerinə yetirməyib. Bu səbəbdən də NATO ilə Azərbaycan arasında məsləhətləşmələrin dərinləşdirilməsinə ciddi ehtiyac var.”
Cənab Əkbər ABŞ-Azərbaycan hərbi məsləhətləşmələrinin keçirilməsini də əhəmiyyətli sayır. “Azərbaycan bu məsləhətləşmələrdən istifadə edərək Silahlı Qüvvələrindəki islahatları daha da sürətləndirməlidir.”

XS
SM
MD
LG