Bu gün Azərbaycan xariji işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT Minsk Qrupunun Rusiyalı və Fransalı Həmsədrləri ilə görüşübr. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həll etmə prosesinin hazırkı durumu və tənzimlənmə prosesinin əsas prinsipləri müzakirə edilib, həmçinin Həmsədrlərin bölgəyə sentyabrın ortalarında gözlənilən növbəti səfərinin mümkün tarixləri nəzərdən keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.