Accessibility links

Azərbaycanın elektrik xəttləri yeniləşdirilir


«Azərbaycanda, o cümlədən Bakıda elektrik paylama sisteminin xarici şirkətlərinin idarəçiliyinə verilməsi məsələsi gündəlikdə yoxdur və güman edirəm ki, gələcəkdə də olmaycaq. Bu barədə Azərbaycan baş nazirin müavini Yaqub Eyyubov bildirib. O, Bakının Elektrik şəbəkəsini idarə etmiş "Barmek" şirkətinin böyük pozuntulara yol verdiyini deyib. Baş nazirin müavini «Amerikanın səsi» radisounun sualının cavabında elektrik enerjisinin qiyməti üç dəfə qaldırıldıqdan sonra yığımın səviyyəsinin 20 faizədək aşağı düşdüyünü bildirib. O məmurların elektrik enerjisinin haqqını ödəməməsi ilə bağlı sualın cavabında bildirib ki, dəfələrlə "Barmekin" rəhbəri Hüseyn Arabula məmurların elektrik enerjisinin haqqını ödəməməsi ilə bağlı siyahını təqdim etməsini xatırladıbmış. "Hətta təzyiqlər etməyimə baxmayaraq Hüseyn Aarabul bu siyahını mənə təqdim etmədi. Hesab edirəm ki, məmurlar elektrik enerjisinin haqqını ödəyir. Bununla bağlı tapşırıq var və mən nəzarət edirəm. "Bakıelektrikşəbəkə"nin müdiri ilə danışmışam ki, məmurlardan, dövlət adamlarından və imkanlı şəxslərdən kim elektrik enerjisininin haqqını vermirsə, elektirkin verilişi dayandırılsın". Əhaliyə verilən təbii qazın qiymətinin artırılacağı ilə bağlı sualın cavabına isə baş nazirin müavini birmənalı cavab verməyib. Cənab Eyyubov elektrik xətlərinin yeniləşdirilməsi ilə bağlı yaxın zamanlarda layihələr hazırlanacağını da bildirib.
XS
SM
MD
LG