Accessibility links

Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri ölkədə mətbuat fəaliyyətinin azad olduğunu bildirir


«Mətbuatın inkiaşfı ilə bağlı dövlət bütün imkanları yaradıb. Mətbuat fəaliyyəti tam azaddır. İstənilən insan mətbuat və informasiya fəaliyyəti ilə məşul ola bilər». Bu sözləri Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanın səsi radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, bəzi mətbuat orqanları bu imkanlardan sui istifadə edərək böhtan, şantajla məşğul olur. «İnsanların həmin mətubat orqanlarını məhkəməyə verməsi isə səhv olaraq hökumətin təzyiqi kimi xarakterizə edilir». Cənab Həsənovun qənəatincə, mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətləri normaldır. «Mətbuat orqanları cəmiyyəti informasiya ilə təmin edir».
XS
SM
MD
LG