Accessibility links

Helsinkidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlar aparıb


Helsinkidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) ilə danışıqları olub.

Turan Agentliyinin məlumatına görə, görüş Ermənistanın xarici işlər naziri və həmsədrlər formatında başlayıb. Sonra danışıqlara Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov qoşulub. Görüş iki saat davam edib və yekunlarla bağlı eç bir bəyanat verilməyib.

Qısa fasilədən sonar nazirlər yenidən danışıqları davam etdirib. Danışıqlarda ATƏT-in xarici işlər nazirlərinin iclasında Dağlıq Qarbağ münaqişəsinə dair qəbul olunacaq bəyannamənin mətnin müzakirə olunduğu deyilir.


XS
SM
MD
LG