Accessibility links

Azərbaycan hökuməti yoxsul əhaliyə sosial yardım ödəməyə başlayıb


Bu gündən Azərbaycanda 110 min nəfərə, 25 367 ailəyə ünvanlı sosial yardım veriləcək. Aylıq müavinətlər 1,1 mln manat təşkil edir. Bir nəfərə 9 manat 96 qəpik, ailəyə isə - 43 manat 22 qəpik verilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov bu günki mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkədə ünvanlı sosial yardım mezxanizmi iki aydır fəaliyyətə başlayıb və nazirliyə 257,5 min ailə müraciət edib. Nazir əhaliyə ünvanlı sosial yardımın göstərilməsi prossesinin şəffaf olduğunu bildirib. Cənab Ələkbərovun dediyinə görə, gələn ildən hər bir ailə üzvünün ehtiyac kriteriyası 30 manat hesablanacaq. Ancaq o süni üsullarla ehtiyac kriteriyasının yüksəldilməsinin əleyhinədir. Nazir Azərbaycanda əmək bazarının keyfiyyətcə yeniləşməsinə xüsusi diqqət ayırdığını deyib. Onun sözlərinə görə, son illər 465 min yeni iş yeri açılıb və bunun da yarslfy çoxu daimi iş yerləridir. Cənab Ələkəbərov əmək və əhalinin sosial müdafiə sistemində islahatların əsas fəlsəfəsini «müavinətdən əmək haqqına» devizinin təşkil etdiyini bildirib. Nazir əllilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarların yaradılması üçün komissiya yaradıldığını diqqətə çatdırıb. Onun fikrincə, əlliliyn müəyyənləşdirilməsilə bağlı hazırki sistem özünü doğrultmur.
XS
SM
MD
LG