Accessibility links

Azərbaycan Mətbuat Şurasının sədri jurnalistlərə qarşı təzyiqlərdən narahatdır   


Mətbuat Şurasının sədri Əflatun Amaşov son dövrlər bir neçə jurnalistin oğurlanaraq fiziki təzyiqə məruz qalmasından narahatdır. O jurnalistlərə qarşı zorakılıqlarla bağlı cinayət işlərinin açılmadığını bildirib. Cənab Amaşov hökumət-mətbuat münasibətlərində də problemlərin olduğunu deyib. Onun fikrincə, çap mətbuatındakı yazılarla bağlı mübahisələri Mətbuat Şurası müzakirə etmək iqtidarındadır. Bununla yanaşı, ölkədə ictimai qınaq yetərincə effektli deyil. Ə.Amaşov hesab edir ki, «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentilyi yerləşdiyi binadan çıxarılarsa hər iki quruma daha yaxşı yer təklif edilməli və konpensasiya verilməlidir.
XS
SM
MD
LG