Accessibility links

ABŞ səfiri Azərbaycanda söz azadlığının vəziyyətindən narahatdır


«Turan» agentilyinin məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı narahatlığnı ifadə edib. Bu gün "İnternyus" qeyri hökumət təşkilatının təşkil etdiyi jurnalist treninqinin iştirakçılarına sertifikatların təqdim olunması mərasimində çıxış edərkən, xanım Dersi xatırladıb ki, bu günə qədər "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli açılmayıb, ANS telekanalının lisenziyasının uzadılması məsələsi həll olunmayıb, Xaqani 33 ünvanında yerləşən bir sıra KİV orqanları yerindən çıxarılıb. O bütün bunların ABŞ hakimiyyətinin narahatlığına səbəb olduğunu söyləyib.

Səfir Azərbaycanda azad və müxalif mətbuata qarşı neqativ münasibət və ayrıseçkilik faktlarını təsdiqləyib, jurnalistlərə qarşı əsassız hücumları qeyd edib. Eyni zamanda, o, Vaşinqtonun mətbuatın inkişafı və jurnalistlərin professionallığının artırılmasında Azərbaycana kömək etməyə hazır olduğunu bildirib. Amerikalı diplomat həmçinin jurnalistlər tərəfindən professional etika normalarına riayət olunmasının zəruriliyini də qeyd edib.

XS
SM
MD
LG