ABŞ vitse-prezidenti Dik Çeyninin sentyabrın əvvəllərində Gürcüstan, Azərbaycan, Ukrayna və İtaliyaya səfərinin məqsədi ABŞ-la bu ölkələr arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsidir və bu, ikitərəfli münasibətlər tarixində ABŞ-ın Bakıya səfər edən ən yüksək səviyyəli nümayəndə heyəti olacaq. Bu barədə ABŞ səfiri Enn Ders bir qrup Azərbaycan jurnalistinə müsahibəsində bildirib.
"Turan" Agentliyinin məlumatına görə səfir qeyd edib ki, səfər Gürcüstandakı vəziyyətlə əlaqədardır və cənab Çeyni Gürcüstan xalqı ilə həmrəyliyiyini, həmçinin ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirmək üçün Tbilisidə dayanacaq.
Onun sözlərinə görə, regiona
səfərin məqsədi Vaşinqtonun Gürcüstan və Azərbaycanın Avroatlantik məkana
inteqrasiya üzrə səylərini dəstəkləməkdir. Səfirin sözlərindən məlum olub ki,
səfər qəfil olmayıb və əvvəlcədən planlaşdırılıb, baxmayaraq ki, Gürcüstanda bu
səfərdə xüsusi "aktuallıq" görürlər. "Rusiyanın suveren dövlətə
qarşı müdaxiləsindən sonra ABŞ-ın verdiyi bəyanatlar və atdığı addımlar
Rusiyanı hədələmək məqsədi güdmür. Lakin Rusiyanın əməlləri o deməkdir k, biz
sadəcə olaraq heç nə olmadığı kimi davrana bilməyirik. Rusiyanın əməlləri
sözlərdən daha çox danışır və bölgədə bir çoxları bu əməlləri təkcə Gürcüstan
deyil, demokratiyaya can atan digərlərinə də təhlükə təşkil etdiyi
qənaətindədir. Gürcüstan və Azərbaycan digərlərinə də təhlükə təşkil etdiyi
qənaətindədir.
Gürcüstan və Azərbaycan suveren dövlətlər kimi öz kurslarını özləri
müəyyən edəcək. Və onlar bunu etdikcə, Amerika Birləşmiş Ştatlarının dəstəyi və
əməkdaşlığına inana bilərlər. Vitse-prezident Çeyninin səfəri bu dəstəyi
vurğulayacaq", deyə səfir qeyd edib.
O bildirib ki, prezident İlham Əliyevlə görüş zamanı bir çox məsələlər, təhlükəsizlik, energetika sahəsində əməkdaşlıq problemləri müzakirə ediləcək. "Biz Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması məsələlərində onun maraqlarını təmin etmək üçün bu ölkə ilə işləyəcəyik".
Rusiya öz qoşunlarını çıxarmaqdan imtina etdiyi təqdirdə Vaşinqtonun Gürcüstanla bağlı hansı addımları atacağı barədə suala cavabda səfir bildirib ki, orada baş verənlər tamamilə qəbuledilməzdir. "Biz bütün qoşunların çıxarılmasını, döyüş əməliyyatlarının dayandırılmasını və humanitar dəhlizlərin açılmasını tələb etmişik. Biz həmçinin bildirmişik ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alına bilməz. Əgər vəziyyət dəyişməsə, biz partnyorlarımızla birlikdə bütün bu şərtlərin yerinə yetirilməsini tələb edəcək və bu istiqamətdə müvafiq addımlar atacağıq", deyə xanım Ders bildirib.
Səfir ABŞ-ın Gürcüstana birbaşa hərbi yardım göstərməsi mümkünlüyü barədə suala birbaşa cavabdan yayınıb. Azərbaycana və Gürcüstana boru kəmərlərinin və nəqliyyat yollarının Rusiya tərəfindən birbaşa təhlükədə olduğu bir halda ABŞ bu kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi üçün nə təklif edə bilər? Səfirin bu suala verdiyi cavabdan məlum olub ki, bütün bunlar nəzərə alınıb və cənab Çeyninin Azərbaycan rəhbərliyi ilə məsləhətləşmələri zamanı bu məsələlər diqqət mərkəzində olacaq.
Azərbaycanın sadə vətəndaşlarının cənab Çeyninin səfərindən hansı nəticəni gözləməli olduğu və bu səfərdən sonra onların həyatının daha çox təhlükəsiz olub-olmayacağı barədə suala cavabda səfir bildirib ki, "indi əsas vəzifə regionda sabitliyi və təhlükəsizliyi bərpa etmək və strateji partnyorluğun davam etdirilməsini təmin etməkdir və bu, hamının maraqlarına uyğundur".
Xanım Ders həmçinin qeyd edib ki, səfər zamanı demokratiya, qarşıda duran prezident seçkiləri məsələləri də müzakirə olunacaq.