Accessibility links

Luis Maria de Puç: "Dialoqu davam etdirin"


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmağı qarşısına məqsəd qoyan dialoqun başlamasının ardından Avropa Şurası Parlament Assambleyasının Prezidenti Luis Maria de Puç Ermənistan və Azərbaycan Prezidentlərini bu yolu davam etdirməyə çağırıb.
“Mən Prezident Əliyev və Prezident Sarkisyanı, həmçinin bu görüşlərin keçirilməsinə köməklik göstərən Prezident Medvedyevi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması istiqamətində nümayiş etdirdikləri öhdəlik münasibətilə təbrik etmək istərdim. İntensivləşdirilmiş diplomatik səylərlə və etimadın möhkəmləndirilməsi ilə bağlı silsilə tədbirlərin təşviqi ilə davam etdiriləcək bu dialoqun başlanması bütün region üçün bir ümid pəncərəsidir,”- deyə Prezident bəyan edib.
“Ötən iyul ayında Bakı və Yerevana etdiyim səfərlərim zamanı qeyd etdiyim kimi münaqişəni beynəlxalq standartlara, prinsiplərə və hər iki dövlətin Avropa Şurasına üzv olarkən götürmüş olduqları öhdəliklərə uyğun şəkildə siyasi yolla həll etmək üçün Assambleyamız keçən 15 il ərzində inadla çalışıb. Belə bir həll indi həmişə olduğundan daha yaxındır,” - deyə o, əlavə edib.

XS
SM
MD
LG