Accessibility links

Azərbaycan-Ermənistan cəbhəsində bir nəfər yaralanıb, iki nəfər əsir düşüb


Azərbaycan və Ermənistan prezidentlərinin iyunun əvvəllərində gözlənilən görüşü ərəfəsində cəbhə xəttində atəşkəs rejiminin davamlı pozulması davam etməkdədir.
ANSPRESS agentliyinin məlumatına görə, bu gün cəbhənin qərb hissəsində Azərbaycan-Ermənistan sərhədində Qazax rayonunun Quşçu Ayrım kənd sakini 68 yaşlı Mülkədar İsmayılova snayper atəşi ilə yaralanıb.Güllə xanım İsmayılovanın sağ bud nahiyəsindən dəyib.
Azərbaycan Əsirlərin, Girovların və İtkin Düşmüşlərin işləri üzrə Dövlət Komitəsi isə mayın 31-də Azərbaycan tərəfinə könüllü əsir düşmüş iki erməni hərbiçisinin adını açıqlayıb. Bunlar Harutunyan Ohan Vadinagiyeviç və təvəllüdlü Tomosyan Gevorq Serjikoviçdir.
Müdafiə nazirliyi hər gün atəşkəs rejiminin pozulması barədə məlumatlar yayır. İki dövlət arasında 1994-cü il mayın 10-da atəşkəs barədə Saziş imzalanıb. Buna baxmayaraq son illər atəşkəs rejiminin pozulması nəticəsində hər iki tərəfdən onlarla insan həlak olub və yaralanıb.

XS
SM
MD
LG