Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycana gəlib


Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerin Azərbaycana ikigünlük səfəri başlayıb. O bu gün prezident İlham Əliyev, müdafiə, səhiyyə, ədliyə nazirləri və xarici işlər nazirinin müavinilə görüşüb, Azərbaycanın Qırmızı Aypara Cəmiyyətinin işi ilə maraqlanıb. Görüşlərdə Ermənitsan-Azərbaycan münaqişəsi zamanı itkin düşənlərin taleyi, məsələnin həllində BQXK-nin rolu, penitensiar müəssisələrdə vərəmlə mübarizə məsələləri müzakirə olunub. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin vəziyyətinin ölkədə başlıca sosial problem olduğunu bildirib. Cənab Kellenberger isə qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlərin, xüsusilə onların müvəqqəti olaraq çadırlardan yeni yaşayış yerlərinə köçürülmələrinin əhəmiyyətli olduğunu vurğulayıb. Sabah BQXK-nin prezidenti Azərbaycanın rayonlarında Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş azərbaycanlıların yaşadığı düşərgələrə baş çəkəcək.
XS
SM
MD
LG