Prezident İlham Əliyev Amerikanın Azərbaycandakı səfiri Enn Dersini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Dövlət başçısı xanım Dersinin fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına öz töhfəsini verdiyini bildirib. Prezident Əliyev iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Xanım Dersi ABŞ-Azərbaycan əlaqələrinin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bu əlaqələrin bütün istiqamətlərdə daha da gücləndirilməsi üçün səyləri davam etdirməyin zəruriliyini vurğulayıb.