Accessibility links

Məhkəmə Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinə on il həbs verib


Bu gün Ağır Cinayət İşlərinə dair məhəkəmə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, onun qardaşı «Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyev və digər 17 nəfərin işi üzrə məhkəmədə hökmün oxunuşunu başa çatdırıb. Məhkəmənin hökmü ilə Fərhad Əliyev 10 il, qardaşı Rafiq Əliyev 9 il həbs cəzasmına məhkum edilib. Məhkəmə iki qardaşın əmlakının müsadirə edilməsi barədə də qərar qəbul edib. Digər 17 nəfərdən 14 şərti məhkum edilib, 3 nəfərə isə 4 ildən 8 ilədək həbs kəsilib. Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan həmin ittiham başqa icraata ayrılaraq onlara qarşı Cinayət Məcəlləsinin rüşvət alma, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa maddələri ilə ittiham elan edilib. Cənab Əliyevin vəkili İsaxan Aşurov məhkəmənin hökmünü siyasi sifariş hesab edir.
XS
SM
MD
LG