Accessibility links

Azərbaycan prezidenti Fransaya dövlət səfərinə gedib


Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Jak Şirakın dəvəti ilə bu ölkəyə üç günlük dövlət səfərinə gedib. Fransa xarici işlər nazirliyinin məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin Fransa prezidenti Jak Şirakla təkbətək görüşü olacaq. Yanvarın 30-da Azərbaycan prezidenti Fransanın baş naziri Dominik de Vilpen, Senatın prezidenti Kristian Ponsele, Milli Assambleyanın prezidenti Jan-Lui Debre, xarici işlər naziri Filipp Düst-Blazi, müdafiə naziri xanım Mişel Allio-Mari, kənd təsərrüfatı naziri Dominik Büssero, veteranların işi üzrə səlahiyyətli nazir Xamlaui Mekaşera və Parisin meri Bertran Delanoe ilə danışıqlar aparacaq. Yanvarın 31-də dövlət başçısı Lill şəhərinə gedəcək, Nord-Pa de Kade regionun rəhbərləri və müəssisə rəhbərləri ilə görüşlər keçirəcək Xəbərə görə, görüşlərdə iki ölkə arasında mövcud məsələlər, Qafqaz regionundakı vəziyyət müzakirə olunacaq. Səfər çərçivəsində elm, mülki müdafiə, turizm, ailə və qadın problemlərinə dair 7 ikitərəfli sənəd imzalanacaq. «Son illər Fransa-Azərbaycan əlaqələri inkişafdadır. Siyasi sahədə Fransa Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik missiyasını həyata keçirir. İqtisadi sahədə aviasiya, neft sənayesi sahəsində iki ölkə arasında əlaqələr inkişafdadır».
XS
SM
MD
LG