Accessibility links

Bakıda bədii gimnastika üzrə XXVII dünya çempionatı keçirilir


Bakıda bədii gimnastika üzrə XXVII dünya çempionatı start götürüb. Yarışlarda dünyanın 47 ölkəsindən 200-ə yaxın gimnast iştirak edir. Oktyabrın 9-dək davam edəcək yarışlarda ayrı-ayrı növlər üzrə 4, müxtəlif növlər üzrə 1, qrup çıxışları üzrə 1, komanda yaraşları üzrə 1 mükafat oynanılacaq. Bugünkü mətbuat konfransında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi çempionatın yüksək səviyyədə təşkil olduğunu bildirib. O qeyd edib ki, indiki birincilikdə əsas diqqət hakimliyə nəzarətə ayrılacaq.«Bu, əvvəlki çempionatda hakimlərin qeyri-obyektivliyilə bağlı halların baş verməsilə əlaqədardır». Azərbaycan prezidenti İlham Əliyev çempionatın rəsmi açılışında iştirak edib.
XS
SM
MD
LG