Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan vətəndaşları təhvil verilib


Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Azərbaycan və Ermənisitan vətəndaşları olan iki mülki şəxs təhvil verilib. «Turan» Agentliyinin məlumatına görə, Ermənistan tərəfi Anar Əliyevi, Azərbaycan isə Valerii Sülyemanyanı təhvil verib. Anar Əliyev Azərbaycanın Tərtər rayon sakinidir. O, bu il avqustun 2-də Azərbaycanın Ağdərə rayonu istiqamətində girov götürülüb. Valeri Suleymanyan isə əslən Bakılıdır, Dağlıq Qarabağda yaşayır. Bu ilin mayında cəbhənin cənub hissəsində Azərbaycan tərəfə keçib. Mülki şəxslər Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların təmas xəttində təhvil verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gulnaz Quliyeva «Amerikanın səsi» radiosuna bildirib ki, dəyişdirilməmişdən öncə hər iki şəxslə söhbət aparılıb və onlar ölkələrinə getməyə razı olub.
XS
SM
MD
LG